"Qarabağ" klubunun yarımmüdafiəçisi Patrik Andrade dünya çempionatının seçmə mərhələsində Kabo-Verde millisinin Liberiyaya 2:1 hesabı ilə qalib gəldiyi oyunda iştirak edib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı mərkəz yarımmüdafiəçisi start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəz edilib.

Qeyd edək ki, Andrade 2020-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.