Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiya ilə qarşılaşacaq.

Start heyətləri təqdim edirik:

Xorvatiya: 12. İvor Pandur, 3. David Kolina, 4. Bosko Sutalo, 5. Yosip Sutalo, 6. Bartol Franyiç (k), 7. Antonio Marin, 10. Luka Suçiç, 13. Kresimir Krizmaniç, 14. Lukas Kaçavenda, 18. Stipe Biuk, 22. Roko Şimiç.

Azərbaycan: 22. Nicat Mehbalıyev, 4. Mert Çelik, 5. Rauf Hüseynli, 8. Səbuhi Abdullazadə, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Cəlal Hüseynov, 16. Fərid Yusifli, 17. Rüfət Abdullazadə, 21. İsmayıl Zülfüqarlı, 23. Asim Əlizadə.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.