Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2022-də də yığmanı çalışdıracaq.

Offsideplus.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel le Qrae məlumat yayıb.

O, millinin Avro-2020-dəki uğursuzluğuna baxmayaraq, Deşamın vəzifəsində qalacağını bildirib.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2012-ci ildən Fransa millisini çalışdırır.