Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salına bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe məlumat verib.

Hökumət rəsmisi yarışların tam formatda keçirilməsi mümkün olmayacağı təqdirdə bu qərarın veriləcəyini qeyd edib:

"Mənim strategiyam olimpiadanın tam formatda təşkilidir. Bu, çətinləşsə, ilk növbədə, idmançıları düşünməliyik və istisna deyil ki, təxirəsalma qərarı qəbul etməli olacağıq".

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax olimpiada ilə bağlı yekun qərarın yaxın 4 həftə ərzində veriləcəyini söyləyib. Lakin o, 24 iyul - 9 avqusta təyin olunmuş Oyunların ləğvinin nəzərdən keçirilmədiyini əlavə edib.