Şotlandiya Liqa kubokunun qalibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, final matçında “Seltik” və “Aberdin” klubları üz-üzə gəlib.
“Hampden Park” stadionunda keçirilən qarşılaşmada rəqibini Rayan Kristinin 45-ci dəqiqədə vurduğu yeganə qolla məğlub edən “Seltik”, ardıcıl 3-cü, ümumilikdə isə 18-ci dəfə Liqa kubokunun sahibi olub.


