"Tottenhem" İngiltərə Premyer Liqasında mövsümün ilk qələbəsini əldə edib.
Offsideplus.az xəbər verir ki, yeddinci turun az əvvəl bitən qarşılaşmasında Roberto De Zerbinin rəhbərlik etdiyi komanda öz meydanında Frenk Lempardın çalışdırdığı "Koventri"ni 3:1 hesabı ilə məğlub edib.
Əvvəlki altı turda "Tottenhem" üç dəfə uduzub, üç dəfə heç-heçə oynamışdı.
London təmsilçisi qələbədən sonra xalını 6 edib və turnir cədvəlində 16-cı pilləyə yüksəlib.
Növbəti turda "Tottenhem" London derbisində "Çelsi" ilə qarşılaşacaq.
Oyun 24 oktyabrda "Stamford Bric" stadionunda keçiriləcək.


