Azərbaycan cüdo yığması Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatının qarışıq komanda yarışında fiaskoya uğrayıb.

Offsideplus.az xəbər verir ki, Milli komandamız elə ilk mərhələdə, 1/8 finalda mübarizəni erkən dayandırıb.

Yığmamız Almaniyaya 1:4 hesabı ilə məğlub olub.

Qaydalara görə, hər kollektivdə 3 qadın və 3 kişi idmançı tatami üzərinə çıxıb.

Qeyd edək ki, fərdi yarışlarda da Azərbaycan cüdoçularının nəticələri qənaətbəxş olmayıb. Çempionata qatılan 13 təmsilçimizdən cəmi 3-ü fəxri kürsüyə yüksəlib. Hər 3 medalın əyarı bürünc olub.