Dünya tennisinin iki böyük ulduzu Yannik Sinner və Karlos Alkaraz 2026-cı il Cincinnati Open turnirində iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, 2025-ci ildə turnirin finalına yüksələn Sinner dizindəki zədə səbəbindən bu il Cincinnati-də mübarizə aparmaqdan imtina edib. Bu qərar ABŞ Açıq Çempionatının başlamasına üç həftədən də az müddət qalmış qəbul olunub.
Sinner bununla Alkaraz ardınca Cincinnati Open-dən çəkilən ikinci böyük favoritə çevrilib. Alkaraz isə daha əvvəl bilək zədəsi səbəbindən turnirdə iştirak etməyəcəyini açıqlamışdı. İspan tennisçi əsas hədəfinin US Open-ə tam hazır olmaq olduğunu bildirib.
Bu, Cincinnati turniri üçün ciddi itki hesab olunur. Çünki 2025-ci ildə finalda məhz Sinner və Alcaraz qarşılaşmışdı. Həmin finalda Sinner matçın əvvəlində 5:0 hesabı ilə geridə qaldıqdan sonra oyunu davam etdirə bilməyərək mübarizəni dayandırmış və Alcaraz çempion olmuşdu.


