Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start verilib.

Offsideplus.az xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur. 

Bu gün 13 yaşadək tennisçilərin yarışında mübarizə aparan Onur Quluzadə etimadı doğruldub. O, qrup turnirində qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirlikləri idmançısı Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyan üzərində qələbə ilə 1/8 finala vəsiqə qazanıb. 

Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə də, qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə 1/8 finala adlayıb.