İsveç mətbuatı "Yurqorden" klubunun Musa Qurbanlını icarəyə vermək istədiyi ilə əlaqədar məlumat yayıb.
Offsideplus.az məsələ ilə bağlı Azərbaycan millisinin hücumçusunun agenti Tural Əsgərovla əlaqə saxladı. 22 yaşlı futbolçunun meneceri Musanın klubdan ayrılması ehtimalını təkzib etmədi:
"İsveç mətbuatının yazdığının nə dərəcədə doğru olduğunu bilmirəm, lakin bizim "Yurqorden" klubu ilə danışığımız olub. Belə gedişlə Musa orda qala bilməz. İcarə və ya satışın olacağı barədə dəqiq bir şey demək olmaz. Transfer pəncərəsi açılandan sonra Musa üçün ən doğrusunu, xeyirlisini etməyə çalışacağıq. Bu dəqiqə onun Avropa qalacağı, İsveçdə klubunu dəyişəcəyi və ya "Qarabağ"a mümkün dönüşü bəlli deyil".
Qeyd edək ki, Musa Qurbanlı 2023-cü ilin yayında "Qarabağ"dan "Yurqorden"ə transfer olunub.


