"Olimpiakos" klubunun baş məşqçisi Miçel Qonsales vəzifəsindən istefa verib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Miçel öz istəyilə Yunanıstan komandasından ayrılıb. Klub rəhbərliyi onun istefa ərizəsini qəbul edib.
Qeyd edək ki, ispan mütəxəssis 2022-ci ildən Pirey təmsilçisini çalışdırırdı. Komanda hazırda turnir cədvəlində 3-cü yerdədir.