Braziliya millisinin Amerika Kubokundan imtina etməsi okeanın o tayında narahatlıq yaradıb.

Offsideplus.az xəbər verir ki, bu xəbər yayılan kimi Argentina millisinin kapitanı Lionel Messi Uruqvay yığmasının ulduzu Luis Suarezə zəng vurub. Messi "Barselona"dakı sabiq komanda yoldaşından məsələ ilə bağlı uruqvaylıların nə düşündüyünü soruşub. Suarez imtina haqda düşünmədiklərini, yarışda iştirakı hədəflədiklərini deyib.

Qeyd edək ki, turnirə Kolumbiya ilə Argentina evsahibliyi etməliydi. Kolumbiyada siyasi vəziyyət, Argentinada isə koronavirusla bağlı durum təşkilatçıları yarışı Braziliyada keçirmək qərarını qəbul etməyə məcbur edib. Braziliyalılar isə bununla razı deyil.