"Bayer-04"ün yarımmüdafiəçisi Florian Virtz karyerasını Almaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu Bundesliqada komandasını dəyişəcək. O, 2025-ci ilin yayında "Bayern"ə keçəcək. Məlumatı "SKY Sport" yayıb.
Münhen təmsilçisi artıq oyunçu ilə danışıqlara başlayıb. "Bayern" "Bayer-04"ə 130 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Virtzin Leverkuzen klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.