Nikola Yokiç "Denver Naqqets"in öz meydanında "Finiks Sans"a məğlub olduğu oyundan sonra komandasının çıxışını sərt tənqid edib.
Offsideplus.az xəbər verir ki, serbiyalı ulduz mətbuat konfransında məğlubiyyətin əsas səbəblərini belə izah edib:
"Uduzmaq olar, amma rəqib səni ribaundda üstələyirsə, çoxlu top itkiləri və səhvlər edirsənsə, məğlubiyyət qaçılmazdır. Açıq mövqedən atışları qaçırmaq başa düşüləndir, lakin ribaundda zəif olmaq və ötürmələrdə səhlənkarlıq komandanın tempini öldürür. Kim olduğumuzu və bizi qələbəyə nəyin apardığını bilməliyik. Heç kim rolundan narazı olmamalıdır".
Qeyd edək ki, bu nəticə ilə "Denver"in mövsümdəki qələbə-məğlubiyyət nisbəti 7–5-ə enib. Komanda növbəti iki görüşünü də doğma meydanda keçirəcək – çərşənbə günü "Boston Seltiks"i, cümə günü isə NBA Kuboku çərçivəsində "Hyuston Rokets"i qəbul edəcək.


