"Mayami Hit"in ulduz mərkəz oyunçusu Bam Adebayo bud nahiyəsində narahatlıq səbəbindən "Hyuston Rokets" üzərində 128:110 hesablı qələbə ilə başa çatan qarşılaşmanı vaxtından əvvəl tərk edib və oyuna geri dönməyib.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Erik Spoelstra qərarın qabaqlayıcı xarakter daşıdığını bildirib və bu problemin uzunmüddətli olacağını gözləmədiyini vurğulayıb. "İkinci hissədə onun nə qədər çətinlik çəkdiyini gördüm, o, narahatlıq içində oynayırdı. Oyunçunun və digərlərinin dediklərindən asılı olmayaraq, biz onu ehtiyat oyunçular skamyasına əyləşdirməyə və vəziyyətini sabah dəyərləndirməyə qərar verdik", – deyə baş məşqçi qeyd edib. Adebayo ilk yarıda 16 dəqiqə meydanda olub və ikinci hissənin sonuna 33 saniyə qalmış əvəzlənib. O, ikinci yarıda meydana çıxmayıb və oyunun sonuna qədər ehtiyat oyunçular skamyasında görünməyib.