Luka Donçiç, "Los Anceles Leykers"in "Finiks Sans" üzərində səfər qələbəsində azarkeşlərin ona göstərdiyi xüsusi diqqət barədə danışıb. Qarşılaşmanın son 20 saniyəsində Donçiç cərimə atışı xəttinə yaxınlaşanda tribunalardan "MVP" şüarları səsləndirilib və bu an oyunçunun üzündə təbəssüm yaranıb.

Offsideplus.az xəbər verir ki, Donçiç bu barədə belə deyib: "Çox xoş oldu. Düşünürəm, hamı cərimə atışı xəttindəki təbəssümümü gördü. Açığı, bu məni xoşbəxt etdi". "Leykers"in digər oyunçusu Kollin Sekston da komanda yoldaşını dəstəkləyib: "O, sadəcə inanılmaz oynayır. Hamı onun şousunu izləmək üçün oyunlara gəlir. Biz hamımız istəyirik ki, o, MVP mükafatını qazansın – şəxsən mən bunu çox istəyirəm".

Qeyd edək ki, Donçiç bu görüşdə 36 dəqiqəyə 43 xal, 3 ribaund və 9 assistlə yadda qalıb. "Leykers" ardıcıl səkkizinci qələbəsini qazanıb (12-2). Sloveniya basketbolçusu cari mövsümdə orta hesabla 39,0 xal, 7,2 ribaund və 7,8 assist göstərir.