"LANDAU Lions" basketbol klubunun oyunçusu De Ondre Cekson FIBA Avropa Kubokunda VI turun ən yaxşı basketbolçusu adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Amerikalı müdafiəçi İsveçrədə yerli "Lions de Geneve" kollektivinə qarşı matçda göstərdiyi məhsuldar oyunla fərqlənib. O, 34 xal, 2 ribaund, 2 assist və 30 effektivlik əmsalı ilə turun ən yaxşısı seçilib.
Qeyd edək ki, Bakı təmsilçisi həmin qarşılaşmada meydan sahiblərinə 77:85 hesabı ilə uduzub.


