"Qolden Steyt Uorriors" və "LA Klippers" 2026-cı il mövsümöncəsi hazırlıq toplanışlarını Havay adalarında keçirəcək.
Offsideplus.az xəbər verir ki, hər iki NBA klubu hazırlığa 29 sentyabrda start verəcək və toplanış 3 oktyabrda başa çatacaq. "LA Klippers" basketbolçuları Manoadakı Havay Universitetinin kampusunda məskunlaşacaq. Stefen Karrinin çıxış etdiyi "Qolden Steyt Uorriors" isə Laye şəhərində yerləşən BYU-Hawaii bazasında hazırlıq keçəcək. Hazırlıq prosesinin sonunda komandalar arasında yoxlama oyunu keçiriləcək. Qarşılaşma 4 oktyabr 2026-cı ildə Honolulu şəhərində, yerli universitetin arenasında baş tutacaq.


