Hansi Flik "Barselona"nın La Liqada "Rayo Valyekano" üzərində 5:2 hesablı qələbəsini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis ilk hissədə komandasının fantastik oyun sərgilədiyini bildirib. "Qapımızda qol gördükdən sonra yaxşı reaksiya göstərdik. Belə hallar futbolda olur. Evdə oyuna daha yaxşı nəzarət etməliyik, topa daha çox sahib olmalıyıq. Bu, bizim mentalitetimizdir. Bəzi oyunçularımız daim irəli getmək və hücum etmək istəyir, amma bəzən oyunun tempini azaltmaq lazımdır. Əsas olan 3 xaldır. Mövsümə yaxşı başlamışıq. Rodri burada məhz oyunun müəyyən anlarında nəzarəti saxlamaq üçün var. O, hələ bizə yeni qoşulub və inkişaf etməlidir. Daha çox nəzarətə ehtiyacımız var, çünki rəqib çox yaxşıdır, boş zonaları tapmağı bacaran oyunçuları var və standart vəziyyətlərdə də güclüdürlər", – deyə Flik vurğulayıb.