Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Rakuv" baş məşqçisi David Kroçeklə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, Polşa klubu 37 yaşlı mütəxəssislə yollarını ayırıb.
O, bu ilin mayından komandanın başında idi.
"Rakuv" Polşa çempionatında ilk 4 oyunun hamısında məğlub olub və hazırda sonuncu yerdədilər.


