Serbiya millisinin baş məşqçisi Duşan Alimpieviç komandanın kapitanı Nikola Yokiçin son iki oyunda xəstə olmasına baxmayaraq meydançaya çıxdığını bildirib.
Offsideplus.az xəbər verir ki, Alimpieviç İtaliya ilə qarşılaşmadan sonra bunları deyib: "Yanımda oturan bu insan, kapitanımız, son üç gün ərzində çox ağır xəstə idi. O, təslim olmaqdan və komandasını tək qoymaqdan imtina etdi. Oyunlara gəldi və bir dəfə də olsun şikayət etmədi. O, üzərinə düşəni yerinə yetirdi və məhz buna görə belə bir kapitana sahib olduğumuz üçün qürur duyuruq".
Nikola Yokiç meydançada 24 dəqiqə keçirib, 8 xal, 8 ribaund və 1 assistlə yadda qalıb. Serbiya İtaliya üzərində 76:64 hesabı ilə qələbə qazanıb.


