"Sabah" komandası yeni mövsümün hazırlıqları çərçivəsində növbəti yoxlama görüşünə çıxacaq.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Böyük Britaniyanın "London Lions" klubu ilə qüvvəsini sınayacaq.

Matç sentyabrın 3-də Litvanın Kaunas şəhərində təşkil olunacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Xatırladaq ki, təlim-məşq toplanışını Litvada keçirən komanda ilk yoxlama matçında yerli "Yuventus Utena"ya məğlub olsa da (84:89), ikinci sınaq oyununda "Şyaulyay"dan üstün olub (92:80).

Qeyd edək ki, "Sabah" ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək.