"Barselona"nın baş məşqçisi Hansi Flik Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu "İnter Mayami"nin üzvü olan Messi 2005-ci ildən çıxış etdiyi Argentina yığmasında karyerasını başa çatdırdığını açıqlayıb.

Flik deyib: "O, dünyanın ən yaxşı futbolçusudur. Sadəcə inanılmazdır. Onun Dünya Çempionatı-2026-da oyunundan zövq aldım – möhtəşəm, fantastik çıxış etdi. Bir tərəfdən kədərlənirəm, amma bu, həyatdır, zaman keçir – onun möhtəşəm karyerası oldu, o, ən yaxşıdır və bunu dünya çempionatında sübut etdi".