İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş növbəti dəfə 'Everton'da çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, 'Mançester Siti' futbolçunu yenidən Liverpul təmsilçisinə icarəyə verəcək. Qrilişin yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir.
Məlumata görə, ingilis oyunçu ilə bir neçə klub, o cümlədən 'Sanderlend' də maraqlanıb. Lakin yalnız 'Everton' 'şəhərlilər'lə razılıq əldə edə bilib. Həmçinin, Qriliş özü də əsas seçim kimi 'Everton'u nəzərdə tutub.
Ötən mövsüm Cek Qriliş Premyer Liqada 'Everton'un heyətində 20 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.


