Keçmiş "Fiorentina" futbolçusu Andrey Kançelskis İtaliya klubunun 100 illik yubiley tədbirində iştirak etməməsi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, yubiley 29 avqustda qeyd olunub. Həmin gün "Fiorentina" A Seriyasının 2-ci turunda "Frozinone"yə 0:3 hesabı ilə uduzub.

Kançelskis bildirib ki, tədbirə getməməsi bir tərəfdən yaxşı olub: "Bəlkə də yaxşı oldu ki, getmədim. Yoxsa deyərdilər ki, uğur gətirmədim – komanda yubileyində 0:3 hesabı ilə uduzdu. Əlbəttə, getmədiyim üçün təəssüfləndim. Amma işim var, işləmək lazımdır. Futbol funksionerləri barədə fikrimi artıq bildirmişəm. Onların münasibəti belədir. Bir çoxları mənə yaxınlaşıb soruşurdu: 'Heç kim heç nə edə bilmədi?' Deməli, edə bilmədilər. Noyabrda İtaliyaya təcrübə keçməyə getməyə çalışacağam. O vaxt "Fiorentina"da çıxış edən futbolçularla görüşəcəyəm. Amma yubiley oyununu izlədim, "Fiorentina"ya azarkeşlik etdim. Evdə 0:3 uduzmaq, əlbəttə, ağırdır. Onlar artıq iki belə oyun keçiriblər – "Roma"ya 0:4 uduzublar, indi isə üç qol buraxdılar. İki oyunda yeddi qol buraxıblar. Nəsə düz getmir. Amma ümid edirəm ki, hər şey qaydasına düşəcək".