Hansi Flik Qabriel Jezusun "Barselona"ya mümkün transferi barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, avqustun 31-də braziliyalı hücumçu transferin yekunlaşması üçün Barselonaya gəlib. Bildirilir ki, katalon klubunun Jezus üçün 10+4 milyon avro ödəyəcəyi gözlənilir.
"Qabriel yüksək səviyyəli hücumçudur. O, komandamıza çox şey verə bilər. Zədədən sonra bərpa olunub və düşünürəm ki, hər şey qaydasındadır. Onunla danışmışam, oyun tərzi və meydandakı davranışı xoşuma gəlir. Bizim üslubumuza mükəmməl uyğun gəlir. Bu, əla transferdir. Deko fantastik iş görüb", – deyə Hansi Flik bildirib.


