"Roma"nın baş məşqçisi Can Pyer Qasperini Doniyel Malenin məhsuldarlığı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, hücumçu "Roma"ya keçidindən sonra A Seriyasında 20 oyunda 19 qol vurub. İtaliya çempionatının 2-ci turunda "Roma" "Leççe"ni 4:0 hesabı ilə məğlub edib.
Qasperini bildirib: "Mənim bəxtim gətirib ki, "Cenoa"da Dieqo Milito kimi əla hücumçularla çalışmışam. "Atalanta"da da çox qol vuran oyunçularım olub. Malen müəyyən mənada mənə Militonu xatırladır. Onun bir anda dönüb sürətlənmək bacarığı mərkəz hücumçusu üçün nadir keyfiyyətdir. Düşünürəm ki, həm mən, həm də Malen onun məhz bu mövqedə oynamasını istəyirdik. Bu, riskli addım idi, amma özünü doğrultdu. Əlbəttə, əgər Malen və Paulo Dibala daim bu formada olsalar, hər şey daha asan olar, amma başa düşürük ki, bu mümkün deyil".


