"Filadelfiya Siksers"in ulduzu Ceylen Braun komanda yoldaşları Tayriz Maksi və LeBron Ceymslə birgə məşqlər barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Braun bu barədə belə deyib: "Uşaqlarla işləyirik, bir-birimizi daha yaxşı başa düşməyə çalışırıq. Maksi əsl döyüşçüdür. LeBron isə... Burada artıq sözə ehtiyac yoxdur. Ümumiyyətlə, birlikdə ilk məşqlərimizdən biridir. Əvvəllər də bir neçə dəfə toplaşmışdıq. Komanda yoldaşları ilə zalda olmaq, bir-birini hiss etmək həqiqətən möhtəşəmdir. Orada inanılmaz enerji və istedad səviyyəsi var. Bu işə düzgün yanaşmaq lazımdır. LeBron artıq 23-cü, ya da 24-cü mövsümünə başlayır. Bu, ağlasığmazdır... Qısası, LeBron indi özünün 'Kobi mövsümündə'dir. 24-cü ilinə qədəm qoyub. Qardaş, orada enerji həqiqətən hiss olunur".
Braun bu fikirlərini məşq görüntülərinə baxarkən canlı yayımda səsləndirib.


