"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager "Arsenal"ın İngiltərə Premyer Liqasının ikinci turunda "Aston Villa" üzərində qazandığı 1:0 hesablı qələbəni şərh edib.
Offsideplus.az xəbər verir ki, Karrager "Arsenal"ın topun arxasında oyunun təşkilatçılığını yüksək qiymətləndirib və bildirib ki, bu, cinah müdafiəçilərinə daha cəsarətli çıxış etməyə imkan verir. O qeyd edib ki, Mikel Arteta müdafiəçilərlə əla işləyir və onlara böyük azadlıq verir. "Arsenal"da mövqelərin tez-tez dəyişməsi isə liqada başqa heç bir komandada yoxdur. Karrager həmçinin bildirib ki, hazırda Rikardo Kalafiori Premyer Liqanın ən yaxşı sol müdafiəçisidir və fantastik çıxış edir. Onun sözlərinə görə, "Aston Villa" yalnız oyunda mümkün qədər uzun müddət qalmağa çalışa bilərdi, çünki qarşılarında bəlkə də dünya futbolunun ən yaxşı komandası – "Arsenal" var.
Qeyd edək ki, "Arsenal" mövsümə 3 oyunda 7:0 top fərqi ilə başlayıb.


