İspaniyalı qapıçı Robert Sançes növbəti mövsümü A Seriyasında keçirəcək.
Offsideplus.az xəbər verir ki, "Çelsi" ilə "Komo" arasında Sançesin icarəyə verilməsi barədə razılıq əldə olunub. O, "Monza"ya icarəyə gedən Noel Ternkvistin yerini tutacaq.
Bu mövsüm Premyer Liqada yalnız bir oyunda meydana çıxan Sançes iki qol buraxıb. Ötən mövsüm isə o, 35 matçda iştirak edib və 47 qol buraxıb.


