"Nottingem Forest" Trei Nyoni transfer etmək istəsə də, bu cəhd uğursuz olub.

Offsideplus.az xəbər verir ki, "Liverpul" 19 yaşlı yarımmüdafiəçi üçün 30 milyon funt sterlinq (5 milyonu bonus olmaqla) dəyərində təklif alıb. Lakin mersisayd klubu bu yay transfer pəncərəsində Nyoni ilə yolları ayırmaq niyyətində deyil.

Baş məşqçi Andoni İraola gənc futbolçunun yay hazırlıq prosesindəki çıxışından razı qalıb və onu bu mövsüm heyətdə görmək istəyir.

Trei Nyoni Premyer Liqada 7 oyunda iştirak edib, lakin hələ məhsuldar göstərici ilə fərqlənməyib.