"Tottenhem" Mixail Mudriki heyətində saxlamaq istəsə, ciddi məbləğ ödəməli olacaq.
Offsideplus.az xəbər verir ki, bu gün məlum olub ki, "Tottenhem" "Çelsi"nin ukraynalı cinah oyunçusunu mövsümün sonuna qədər icarəyə götürəcək və müqavilədə satınalma imkanı yer alacaq. BBC-nin jurnalisti Nizaar Kinsella bildirib ki, Mudrikin transferi üçün 75 milyon funt sterlinq tələb olunacaq.
O, həmçinin qeyd edib ki, "Çelsi"dən "Komo"ya icarəyə gedən Robert Sançesin də müqaviləsində satınalma hüququ olacaq.
Mudrik "Çelsi"yə 2022/23 mövsümündə 70+30 milyon avroya transfer olunub.


