Qadınlar arasında voleybol üzrə Avropa Çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gün 1/8 final qarşılaşmalarına start verilib.

Bu gün Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq.

Millimiz C qrupunu 3-cü yerdə başa vurub. Türkiyə isə qrup mərhələsini 2-ci bitirib.

İstanbulda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.