Deni Avdiya bu yay İsrail yığmasının dünya çempionatının 2027-ci il seçmə oyunlarında iştirak etməməsinin səbəbini izah edib. "Portland Treyl Bleyzers"in forvardı bildirib ki, milli komandanın formasını geyinmək onun üçün hər zaman böyük məsuliyyətdir və o, dəfələrlə zədəli və tam hazır olmadığı vaxtlarda belə İsrail yığmasına qoşulub.

Offsideplus.az xəbər verir ki, Avdiya bu dəfə ciddi bel zədəsi ilə üzləşdiyini və vəziyyətin əvvəlki illərdən fərqli olduğunu vurğulayıb. O qeyd edib ki, qərarı təkcə özü yox, həm də "Portland Treyl Bleyzers" rəhbərliyi verib və klub onun sağlamlığını riskə atmaq istəməyib. "Mən başa düşürəm ki, millini təmsil edəndə insanlardan gözləntilər olur və bu, məsuliyyətin bir hissəsidir. Amma heç kim mənim milliyə və ölkəmə sədaqətimi şübhə altına ala bilməz", – deyə Avdiya bildirib.