Misli Premyer Liqasının III turunda tamaşaçı rekordu qeydə alınıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Kəpəz" – "Turan Tovuz" (1:0) qarşılaşmasını 13 500 azarkeş izləyib.
Bu, həm cari mövsümün rekordu, həm də son 10 çempionat üçün ikinci ən yüksək göstəricidir. Son 10 ildə yalnız ötən mövsümün "Qarabağ" – "Sabah" matçını daha çox tamaşaçı (17 338) izləyib.
Təxminən 3 il sonra Premyer Liqa oyununa ev sahibliyi edən Gəncə şəhər stadionu üçün isə bu, son 10 mövsümün rekordudur. Arenada bundan daha çox izləyici sonuncu dəfə 2016-cı ildə "Qarabağ"la görüşdə (14 238) qeydə alınmışdı.


