"Qolden Steyt Uorriors"un forvardı Draymond Qrin Çində başına gələn qeyri-adi hadisə barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Qrinə orada aslan başlı qaz göstərilib və bu, onun üçün gözlənilməz olub. O bildirib: "Heç ağlıma gəlməzdi ki, belə bir şeyi gətirəcəklər. Ümumiyyətlə, insan və ya itdən başqa heç bir canlı ilə ünsiyyət qurmaq istəmirəm. Bilmirəm, xəbəriniz var ya yox, amma qazlar dişləyə bilir. Xüsusilə həmin qazı görən kimi başa düşdüm ki, onu boynundan tutmaları təsadüfi deyil, çünki həqiqətən dişləyə bilərdi. Oradakı adam zarafatla dedi: 'Narahat olma, qardaş, heç nə olmaz'. Amma bizim mədəniyyətdə belə şeylər yoxdur, bu, bizim təbiətimizə yad bir şeydir. Özümü narahat hiss etdim və bir neçə şəkil çəkdirdikdən sonra həmin yerdən uzaqlaşdım. O qaz hətta saxlandığı qəfəsdən də hündür idi! Niyə belə bir şeyi mənə göstərmək istədiklərini anlamadım, amma bu, məni həqiqətən qorxutdu!" – deyə Qrin vurğulayıb.