Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi postunda Misli Premyer Liqasında 200-cü oyununu geridə qoyub.
Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssisin yubiley qarşılaşması III turun "Neftçi" ilə matçına təsadüf edib. Qəsəbə təmsilçisi bu görüşdə 1:0 hesablı qələbə qazanıb.
2020-ci ilin yayından "Zirə"ni çalışdıran R.Sadıqovun rəhbərliyi altında komanda 7 mövsüm ərzində çıxdığı 200 çempionat oyununda 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə məğlub olub. Bu qarşılaşmalarda "qartallar" 247 qol vurub, qapısında isə 187 top görüb.
Qeyd edək ki, R.Sadıqov "Zirə"nin sükanı arxasında debütünü 2020-ci il avqustun 23-də səfərdə "Qəbələ"yə karşı keçirib (1:1).


