"Qəbələ" baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb.

Onun köməkçisi Georgi Çixradzenin də işinə son verilib.

Qeyd edək ki, Tsxadadze 2024-cü ilin fevralından "Qəbələ"ni çalışdırırdı.