Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvarez "Barselona"nın onunla yaxın transfer pəncərələrində maraqlı olduğunu bilir.
Offsideplus.az xəbər verir ki, hazırkı vəziyyətdə onun klubda qalacağı ehtimal olunsa da, argentinalı futbolçu Dieqo Simeonedən və ümumi mövcud şəraitdən son dərəcə narazıdır.
Alvarez transferinə icazə vermədiyi üçün klub rəhbərliyini, xüsusilə Xil Marini günahlandırır və özünü aldadılmış hiss edir. "Barselona"ya keçməyi hər şeydən çox istəyən oyunçu ilə azarkeşlər arasındakı münasibətlərin necə düzələcəyi sual altındadır.
Üstəlik, "Atletiko" ona yeni müqavilə təklif etsə belə, futbolçunun bunu imzalamaq niyyəti yoxdur.


