İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand Lisandro Martinesi dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən biri adlandırıb.

Offsideplus.az xəbər verir ki, Ferdinand argentinalı futbolçunun topa nəzarət və pressinq altında oyundakı bacarıqlarını xüsusi vurğulayıb. "Martines haqqında danışmaq istəyirəm. İki qol buraxsaq da, onun topa münasibətindən danışmaq lazımdır. Mən deyərdim ki, Lisandro hazırda dünyanın ən yaxşı mərkəz müdafiəçiləri arasında topa ən yaxşı nəzarət edən oyunçudur. Onun ötürmələrlə müdafiə xəttini yarmaq, pressinqə qarşı oynamaq və məhdud sahədə topu irəli aparmaq bacarığı ilə müqayisə olunacaq başqa müdafiəçi xatırlamıram. Martineslə rəqabət aparmaq çətindir. O, topa fenomenal şəkildə nəzarət edir, ən yüksək səviyyədə oynayır", – deyə Ferdinand bildirib.