NBA-nın ulduz oyunçusu Luka Donçiçin növbəti mövsümdə də liqanın ən məhsuldar basketbolçusu olacağı proqnozlaşdırılır. ESPN-in tanınmış jurnalistləri Brayan Uindhorst və Tim Makmen hesab edirlər ki, Donçiç yenidən bombardir titulunu qazanacaq.

Offsideplus.az xəbər verir ki, Tim Makmen bildirib: "Deməli, Luka bu titulu artıq iki dəfə qazanıb. O, 2024-cü ildə bunu bacardı və son üç mövsümün ikisində – 2024 və 2026-cı illərdə ən məhsuldar oyunçu oldu". Brayan Uindhorst isə əlavə edib: "Bu il artıq LeBron komandanın heyətində olmayacaq, bu isə o deməkdir ki, Luka yenidən 'Dallas' dövründəki kimi xal toplayacaq. Luka inanılmaz sürət dəyişmələri edir. O, gözləniləndən daha sürətli irəliləyir və eyni zamanda rəqibləri çaşqın vəziyyətdə qoyacaq dərəcədə yavaşıya bilir. Onun bu bacarığı liqada demək olar ki, heç kimdə yoxdur. Şay Gildcus-Aleksandr isə sadəcə yataqdan qalxıb 30 xal toplayır".

Makmen əlavə edib: "Onun 50+ xallıq çıxışları çox deyil, amma Luka 73 xal da yığa bilər. İndi arıqlamış Luka yəqin ki, hələ də 110 kiloqramdan az deyil. O, meydançada rəqibləri üzərində üstünlüyünü davam etdirəcək və onları qorxulu anlarla üz-üzə qoyacaq. Bu, həqiqətən də təsirli olacaq".

Qeyd edək ki, Donçiç son üç mövsümün ikisində bombardir titulunu qazanıb. O, ötən çempionatda 33,5, 2023/24 mövsümündə isə 33,9 xal toplayıb. Şay Gildcus-Aleksandr isə bir dəfə bu titulu əldə edib və 32,7 xal ilə fərqlənib.