"Roma" yay transfer pəncərəsində Ceymi Levelinqin heyətə cəlb olunmasını planlaşdırır.
Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi hazırda "Ştutqart"la 25 yaşlı alman cinah oyunçusunun mümkün keçidi ilə bağlı danışıqlar aparır. Bildirilir ki, Levelinqin namizədliyi "Zenit"in braziliyalı futbolçusu Luis Enrike ilə müqayisədə daha üstün qiymətləndirilir. Bununla belə, Luis Enrike ilə bağlı məsələ hələ də açıq qalır. Daha əvvəl məlumat verilmişdi ki, "Roma" Enrike üçün bonuslarla birlikdə 40 milyon avro təklif edib.


