"Zirə" Misli Premyer Liqasının yeni mövsümünə ardıcıl 3 qələbə ilə başlayıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, çempionatda son üç mövsümdə ilk dəfədir hansısa klub turnirə belə uğurlu seriya ilə start verir.
Qəsəbə təmsilçisi sonuncu dəfə analoji göstəriciyə 2023/2024 mövsümünün əvvəlində imza atmışdı. 2017/2018 mövsümündə də eyni uğuru təkrarlayan paytaxt klubu tarixində 3-cü dəfə ilk üç matçını minimum xal itkisi olmadan tamamlayıb.


