Fransalı cinah hücumçusu Bredli Barkolya "Liverpul"a keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, "mersisaydlılar" 23 yaşlı futbolçunu PSJ-dən 125+20 milyon avro qarşılığında heyətinə qatıb. Yeni transfer bu keçidlə bağlı hisslərini belə ifadə edib:

"Liverpul"da oynamaq mənim üçün böyük şərəfdir. Özümü çox xoşbəxt hiss edirəm. Transfer danışıqları bir qədər uzun çəksə də, nəhayət ki, buradayam. İndi əsas istəyim bir an öncə meydançaya çıxmaqdır. Bu klubla böyük uğurlar qazanmaq arzusundayam. Ən böyük hədəflərimdən biri də İngiltərə Premyer Liqasının çempionu olmaqdır. Məhz buna görə və uzun illər burada qalmaq üçün uzunmüddətli müqaviləyə imza atdım. İki dəfə "Enfild"də çıxış etmək imkanım olub, orada azarkeşlərin yaratdığı möhtəşəm atmosferi və komandaya dəstəyini görmüşəm. "Liverpul"un mənə maraq göstərdiyini biləndə heç bir tərəddüd etmədən bura gəlməli olduğumu anladım".