Braziliyada hüquq-mühafizə orqanları tərəfindən narkotik və silah alverində şübhəli bilinən futbolçular və agentlərə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Offsideplus.az xəbər verir ki, polis tərəfindən 4 ştatda (Espiritu-Santu, Rio-de-Janeyro, San-Paulu, Qoyas) və Federal Dairədə ümumilikdə 15 ünvanda axtarış aparılıb, 4 müvəqqəti həbs qərarı çıxarılıb.
-
İştirakçılar: "Vasko da Qama" klubunun hücumçusu David Korrea (DVD) polisin axtarış hədəfləri arasında olub, sabiq "Santos" futbolçusu Renyer Oliveyra isə polisə müqavimət və tabe olmamaq ittihamı ilə saxlanılıb.
-
Cinayət işi: "A Tropa" adı verilən əməliyyat çərçivəsində təhqiqat qrupu mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəli olan şəxslərin narkotik ticarəti, silah alveri və çirkli pulların yuyulmasındakı rolunu araşdırır.


