"Liverpul" PSJ-dən Bredli Barkolyanı transfer etdiyini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Fransa millisinin 23 yaşlı vingeri ilə 5 illik müqavilə imzalanacaq.

Keçidin məbləğinin 125+20 milyon avro olduğu qeyd edilib.

PSJ-nin heyətində Barkolya iki dəfə üst-üstə Çempionlar Liqasının qalibi olub, üç dəfə isə Fransa çempionluğunu qazanıb.

Bredli Paris klubunun heyətində çıxdığı 152 oyunda 39 qol vurub və 37 məhsuldar ötürmə edib.