Nikolaz Talyafikonun "Yuventus"a mümkün transferi gündəmdədir.

Offsideplus.az xəbər verir ki, "Yuventus" müdafiəçi ilə birbaşa danışıqlar aparır. Məşhur insayder Fabrizio Romano bildirib ki, "Lion"un 34 yaşlı argentinalı futbolçusu Turin klubuna qoşulmağa hazırdır. Lakin transferin baş tutması "Yuventus"un oyunçusu Xuan Kabalın "Atalanta"ya keçidindən asılıdır. Talyafiko 2022-ci ildən "Lion"da çıxış edir.