Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşı Sabir İsmayılov UEFA tərəfindən Stadion İnspektoru vəzifəsinə təyin olunub.

Offsideplus.az xəbər verir ki, S. İsmayılov bu vəzifədə Avropa klub yarışlarının matçlarından öncə arena və stadionların UEFA-nın müəyyən etdiyi standartlara uyğunluğunu yoxlayacaq.

Təyinat çərçivəsində aparılacaq yoxlamalar zamanı stadionların fiziki-texniki vəziyyəti, sağlamlıq və təhlükəsizlik sistemləri, eləcə də qarşılaşmaların təhlükəsiz və fasiləsiz təşkili üçün zəruri olan infrastruktur və təşkilati tədbirlər qiymətləndiriləcək.