Argentina millisinin və "Aston Villa"nın qapıçısı Emiliano Martines Lionel Messinin milli komandadakı karyerasını başa vurmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Martines Messinin Argentina futbolu və xalqı üçün etdiklərini sözlə ifadə etməyin mümkün olmadığını vurğulayıb.

"Sən məni dünya çempionu etdin – bunun üçün yalnız təşəkkür etmək qalır. Sənin bizim və Argentina xalqı üçün etdiklərini sözlərlə ifadə etmək mümkün deyil. Mənə belə zirvələrə çatmağa kömək etdiyin üçün minnətdaram. Mənim hörmətim sonsuzdur. Təşəkkür edirəm", – deyə Emiliano Martines qeyd edib.