Yeni mövsümə hazırlıqlarını davam etdirən "Neftçi" heyətini Ramil Şeydayevlə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb.

Milli komandamızın üzvü "ağ-qaralar"ın heyətində 90 nömrəli formanı geyinəcək.

Şeydayevin son klubu Türkiyənin II Liqasında çıxış edən "Kocelispor" olub.